...

Goranboyda bacı-qardaş qətlə yetirilib

Hadisə Materials 6 Fevral 2022 19:14 (UTC +04:00)
Goranboyda bacı-qardaş qətlə yetirilib

Bakı. Trend:

Goranboy rayonunda üzərində kəsici alətlə yetirilmiş xəsarətlər olan iki nəfərin meyiti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayonun Qarasüleymanlı kəndi yaxınlığında yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və onun bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın üzərində kəsici alətlə yetirilmiş xəsarətlər olan meyitləri aşkar edilib.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qarasüleymanlı kənd sakini 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti