...

Şəkidə minik avtomobili ağaca çırpılıb

Hadisə Materials 11 Fevral 2022 08:43 (UTC +04:00)
Şəkidə minik avtomobili ağaca çırpılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərinin Qırxbulaq kəndində “VAZ” markalı minik avtomobilinin ağaca çırpılması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti