...

Sumqayıtda jurnalistin avtomobili qarət edildi

Hadisə Materials 26 Mart 2022 23:50 (UTC +04:00)
Sumqayıtda jurnalistin avtomobili qarət edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda jurnalistin avtomobili qarət edilib.

Bu barədə Trend-ə jurnalist Səbuhi Vaqifoğlu məlumat verib.

Jurnalist bildirib ki, hadisə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Turan” restoranının yaxınlığında baş verib:

“Yarım saat sonra restoranın ofisiantı yaxınlaşdı ki, maşını yarıblar. Maşında əl çantası, içərisində təxminən 1500 manat pul, bank kartları, şəxsiyyət, sürücülük vəsiqəsi və digər sənədlər oğurlanıb. Yaxınlıqda kamera da var. Hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırmalara başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti