...

Bakıda keçmiş məhkum taksi sürücüsünü qarət etdi

Hadisə Materials 14 Aprel 2022 11:42 (UTC +04:00)
Bakıda keçmiş məhkum taksi sürücüsünü qarət etdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçmiş məhkum taksi sürücüsünü qarət edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə aprelin 13-də saat 7 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini N.Abdullayevin idarə etdiyi “Daewoo” markalı avtomobildə olan sərnişininin onu bıçaqla hədələyib 40 manat pulunu talaması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev müəyyən edilərək saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti