...

Kanaldan meyit tapıldı

Hadisə Materials 12 May 2022 15:11 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1990-cı il təvəllüdlü İsayev Ağasalam Əjdər oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, A.İsayevin meyiti kanalın Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 25 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti