...

Ağdaşda əcnəbi qonşusunun evini qarət etdi (FOTO/VİDEO)

Hadisə Materials 18 May 2022 08:37 (UTC +04:00)
Ağdaşda əcnəbi qonşusunun evini qarət etdi (FOTO/VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdaş şəhəri ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Zərərçəkən şikayət ərizəsi ilə polis şöbəsinə müraciət edərək yaşadığı evdən özünün olmadığı müddətdə dəmir boruların, müxtəlif məişət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını və ona 1500 manata yaxın maddi ziyan dəydiyini bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu edən zərərçəkmişin qonşusu Rahim Musayev və xarici ölkə vətəndaşı Kamran Mamedov şübhəli şəxs qismində saxlanılıb.Araşdırma zamanı onların qabaqcadan əlbir olaraq hadisəni planlaşdırdıqları və oğurladıqları əşyaları müxtəlif şəxslərə dəyərindən ucuz qiymətə sataraq, əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, onların digər qanunazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti