...

ABŞ-da məktəbdə atışmada ölənlərin sayı artıb, xeyli sayda yaralı var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 25 May 2022 05:36 (UTC +04:00)
ABŞ-da məktəbdə atışmada ölənlərin sayı artıb, xeyli sayda yaralı var (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

ABŞ-ın Texas ştatının Uvald şəhərində ibtidai məktəbdə hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilən silahlı şəxs tərəfindən 18-i uşaq və ikisi böyük olmaqla azı 20 nəfər öldürülüb.

Trend "TASS"a istinadıla xəbər verir ki, bu barədə "CNN" telekanalının efirində Texas ştatının senatoru Roland Qutierres bildirib.

(GMT+4) 01:03

ABŞ-ın Texas ştatının Uvald şəhərindəki Robb ibtidai məktəbində atəş nəticəsində 14 şagird və bir müəllim həlak olub.

Trend "ABC News" telekanalına istinadla xəbər verir ki, bunu qubernator Qreq Abbot bildirib.

O, qeyd edib ki, hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı məktəb şagirdi də öldürülüb.

Qubernator bildirib ki, şübhəli şəxs məktəbə daxil olmadan əvvəl nənəsini də güllələyib. Onun vəziyyəti ilə bağlı əlavə heç bri məlumat yoxdur.

Bundan əlavə, azı 15 nəfər məktəblinin yaralandığı da bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti