...

17 yaşlı gənc kanalda batdı

Hadisə Materials 14 İyun 2022 14:06 (UTC +04:00)
17 yaşlı gənc kanalda batdı

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadla xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti