...

Masallıda şadlıq sarayında qonağı qarət edən şəxs saxlanıldı

Hadisə Materials 1 Noyabr 2022 11:14 (UTC +04:00)
Masallıda şadlıq sarayında qonağı qarət edən şəxs saxlanıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Masallı rayonunda şadlıq sarayında qonağı qarət edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı rayonunda restoranların birində soyğunçuluq əməli törətməkdə şübhəli bilinən rayon sakini İbrahim Alışov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Masallı RPŞ-də CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmlar davam etdirilir.

Xatırladaq ki, hadisə oktyabrın 29-da Masallı şəhəri ərazisində yerləşən “İlqar plaza” şadlıq sarayında baş verib. Nəməlum şəxs 1972-ci il təvəllüdlü Əlövsət Əhmədova hücum edib. Həmin şəxs 50 yaşlı kişinin 200 manat pulunu açıq talama yolu ilə alaraq uzaqlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti