...

Sərxoş sürücülər 1 nəfərin ölümünə, 7 nəfərin yaralanmasına səbəb olub

Hadisə Materials 14 Noyabr 2022 15:20 (UTC +04:00)
Sərxoş sürücülər 1 nəfərin ölümünə, 7 nəfərin yaralanmasına səbəb olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sərxoş vəziyyətdə olan şəxslərin iştirakı ilə 5 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, nəticədə 1 nəfər həlak olub, 7 nəfər yaralanıb. Hadisələrin 4-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Ümumilikdə qeyd edilən müddət ərzində Azərbaycanda 1259 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz artaraq 1698 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti