...

İmişlidə məktəb binasında baş verən yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Dekabr 2022 16:38 (UTC +04:00)
İmişlidə məktəb binasında baş verən yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

İmişlinin Yuxarı Qaralar kəndində məktəb binasında baş verən yanğın söndürülüb.

Trend xəbər verir ki, çağırış üzrə əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin 7 texnikası cəlb olunub.

Alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunub, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib.

XXX

16:28

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonunun Qaralar kəndində məktəb binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti