...

Azyaşlıya spirtli içki verib görüntüləri yayan şəxs cəzalandırıldı

Hadisə Materials 7 Dekabr 2022 15:30 (UTC +04:00)
Azyaşlıya spirtli içki verib görüntüləri yayan şəxs cəzalandırıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yevlaxda azyaşlıya spirtli içki verib görüntüləri sosial şəbəkədə yayan şəxs məlum olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti