...

Kürdəmirdə qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı

Hadisə Materials 6 Yanvar 2023 17:49 (UTC +04:00)
Kürdəmirdə qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 6-sı saat 13 radələrində Kürdəmir rayonu ərazisində 1994-cü il təvəllüdlü Könül Qurbanovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Kürdəmir rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Pərviz Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Könül Qurbanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, Pərviz Qurbanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti