...

Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya enib

Hadisə Materials 5 Fevral 2023 21:39 (UTC +04:00)
Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya enib

Bakı. Trend:

"Buta Airways"-in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

"Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, təyyarə Bakı vaxt ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib.

Hava səraiti yol verdikdə, İstanbula uçuş həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti