...

İtin güllələnməsinə etiraz edən qadını hədələyən silahlı şəxs saxlanıldı

Hadisə Materials 21 Fevral 2023 12:01 (UTC +04:00)
İtin güllələnməsinə etiraz edən qadını hədələyən silahlı şəxs saxlanıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabadda küçədə iti güllələyərək qadına hədə-qorxu gələn şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 20-də Sabirabad rayonu ərazisində bir nəfərin ov tüfəngi ilə küçə itini öldürməsinə etiraz edən qadını əlindəki silahla hədələməsi barədə polisə məlumat daxil olub.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Şahin Qəhrəmanov müəyyən olunub. Onun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti