...

Göyçayda evdə yanğın olub

Hadisə Materials 26 Mart 2023 17:55 (UTC +04:00)
Göyçayda evdə yanğın olub

Bakı. Trend:

Göyçay rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Alpout kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti