Bakı. Trend:
Azərbaycanın Goranboy rayonunda zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 07:22-də Gəncə stansiyasından 34 km şərqdə, Goranboy rayonunda qeydə alınıb. Onun maqnitudası 3,1, dərinliyi 25 km olub.