Bakı. Trend:
Bakı şəhərinin Nəsimi rayonunda minik avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda “Mazda” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.