Bakı. Trend:
İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Trend-in MN-dən əldə etdiyi məlumata görə, iyunun 8-i saat
07:40-da isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin
üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində
yerləşən mövqeləri də atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab
tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd
təsərrüfatı işləri adı altında Ordumuzun Xocalı rayonu
istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli
fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.