Bakı. Trend:
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, sentyabr ayının 12-də axşam saat 9 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində "Vaz" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü və sərniṣin qismində olan - Füzuli rayon sakinləri, Şaiq Həsənov və Füzuli Məmmədov hadisə yerində ölüb.
Digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
XXX
Saat 09.48
Füzuli rayonu Qayıdış-5 qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, Həsənov Şaiq Hiday oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Füzuli rayonu Qayıdış-5 qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarındakı ağaca çırpıb.
Nəticədə avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Məmmədov Fizuli Cehun oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan digər sərnişinlər - 2003-cü il təvəllüdlü Məmmədov Abid Elşən oğlu, 2002-ci il təvəllüdlü Zamanov Rəhim Arzuman oğlu, 2001-ci il təvəllüdlü Aslanov Cavanşir Rauf oğlu, 2002-ci il təvəllüdlü Əhmədov Rövşən Xaləddin oğlu və 2000-ci il təvəllüdlü Quliyev Elnur İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb.