Bakı. Trend:
Goranboy rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Əlirzalı kəndində ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət obyektin (çayxana kimi fəaliyyət göstərir) taxta atmaları və içərisinə yığılan əşyalar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.