...

Müharibə iştirakçısı olan məktəb direktoru qəfil vəfat etdi - FOTO

Hadisə Materials 23 Noyabr 2023 10:15 (UTC +04:00)
Müharibə iştirakçısı olan məktəb direktoru qəfil vəfat etdi - FOTO
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.

Trend xəbər verir ki, 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra Qubadlının və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti