...

İsmayıllıda ikimərtəbəli ev yanıb

Hadisə Materials 26 Noyabr 2023 19:24 (UTC +04:00)

Bakı. Trend:

İsmayıllı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Çəmənli kəndində ümumi sahəsi 154 m² (hər mərtəbəsi 77 m²) olan ikimərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti