...

Banqladeşdə restoranda yanğın olub, 40-dan çox insan ölüb

Hadisə Materials 1 Mart 2024 02:02 (UTC +04:00)
Banqladeşdə restoranda yanğın olub, 40-dan çox insan ölüb

Bakı. Trend:

Banqladeşın Dəkkə şəhərində baş verən yanğında azı 43 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "The Daily Observer" qəzeti xəbər verib.

Məlumata əsasən, yanğın fevralın 29-da saat 21:50 radələrində paytaxt restoranında başlayıb. Hadisə yerində 12 yanğınsöndürmə briqadası işləyir. Yanğın məhdudlaşdırılıb.

Yanğının səbəbi barədə məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti