...

Goranboyda birmərtəbəli ev yanıb

Hadisə Materials 4 Mart 2024 02:38 (UTC +04:00)
Goranboyda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Goranboy rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qarqucaq kəndində ümumi sahəsi 266 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının tavanı 48 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti