Bakı. Trend:
İsmayıllı rayonunda traktor yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Gəraybəyli kəndində "Belarus" markalı traktorun qoşqusunun 4 ədəd təkəri və qoşquya yığılan 3 ton ot bağlamasının 0,5 tonu yanıb. Qoşqunun və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.