...

Bu il insanların qatarın qarşısına çıxması nəticəsində 11 nəfər dünyasını dəyişib - RƏSMİ

Hadisə Materials 4 Dekabr 2024 13:47 (UTC +04:00)
Bu il insanların qatarın qarşısına çıxması nəticəsində 11 nəfər dünyasını dəyişib - RƏSMİ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus dəmir yollarında qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 toqquşma hadisəsi baş verib. Nəticədə 6 nəfər xəsarət alıb, 11 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, dəmir yolunda qəza hadisələri əksərən piyada və avtomobil sürücülərinin diqqətsizliyinə görə baş verir.

Qeyd olunub ki, ADY bu kimi halların qarşısının alınması üçün dəmir yolu ətrafında yerləşən məktəblərdə və yaşayış sahələrində maarifləndirmə işləri aparır, eyni zamanda, infrastrukturda təhlükəsizlik tədbirlərini gücləndirir.

"Qeyd edək ki, müasir qatarlar daha sürətli və səssizdir. Dəmir yollarından keçərkən yalnız təyin olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə edin. Dəmir yolu xətlərinə yaxınlaşarkən sağa və sola baxın, qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam edin", - məlumatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti