...

Ötən il Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 7245 şəxs cinayət törədib

Hadisə Materials 25 Fevral 2025 12:20 (UTC +04:00)
Ötən il Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 7245 şəxs cinayət törədib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 7245 şəxs müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Bildirilib ki, onların 36,3 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz azdır. Cinayət törətmiş şəxslərin 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,0 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.

Cinayət törətmiş şəxslərin 68,6 faizini heç yerdə işləməyən və oxumayanlar, 3,1 faizini qadınlar təşkil edib. Cinayət törədənlərin 0,1 faizi 14-17 yaşda olan uşaqlar, 7,4 faizi 18-24 yaşlı, 14,8 faizi 25-29 yaşlı gənclər, 77,7 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti