...

Goranboyda ikimərtəbəli mansarda tipli ev yanıb

Hadisə Materials 15 Mart 2025 02:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Goranboy rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qaradağlı kəndində ümumi sahəsi 386 m² (hər mərtəbəsi 143 m², mansardası 100 m²) olan ikimərtəbəli mansarda tipli 9 otaqlı evin mansardasının yanar konstruksiyaları, ikinci mərtəbəsində 2 otağın tavanı və içərisində olan ev əşyaları 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti