...

Goranboyda piyadanı maşın vurub

Hadisə Materials 8 İyun 2025 14:22 (UTC +04:00)

Bakı. Trend:

Bu gün saat 11:05 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlı Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Trend xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumata əsasən, ona alın və təpə nahiyəsinin hematoması, qarın və diz nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin edilib.

Qeyd edilib ki, hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır, stabil olaraq qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti