...

Ağdam və Ağdərədəki yanğınlar nəzarətə götürülüb (YENİLƏNİB)

Hadisə Materials 23 İyul 2025 14:46 (UTC +04:00)
Ağdam və Ağdərədəki yanğınlar nəzarətə götürülüb (YENİLƏNİB)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

xxx

09:10

Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Qeyd edək ki, dünən Ağdam rayonunun Əlağalı, Qaralar və Qazançı kəndlərində başlayaraq Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində yayılıb. Ərazilərdəki kol bitkiləri və quru ot örtüyü yanğının daha da genişlənməsinə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti