...

Xırdalanda fərdi yaşayış evində yanğın olub (VİDEO)

Hadisə Materials 16 Avqust 2025 09:07 (UTC +04:00)
Xırdalanda fərdi yaşayış evində yanğın olub (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəm küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində hər mərtəbəsi 90 m² olan ikimərtəbəli fərdi yaşayış evinin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Qeyd edilib ki, evin böyük hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti