...

İsmayıllıda iki ev yanıb

Hadisə Materials 24 Avqust 2025 20:10 (UTC +04:00)
İsmayıllıda iki ev yanıb

Bakı. Trend:

İsmayıllı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Sərsurə kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli 4 otaqlı evin, bitişik sahəsi 70 m² olan talvarın, sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, yaxınlıqdakı sahəsi 70 m² olan tövlənin dam örtüyü və damına yığılan 8 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti