...

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən qazi saxlanıldı

Hadisə Materials 31 Oktyabr 2025 09:22 (UTC +04:00)
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən qazi saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Volksvagen” markalı nəqliyyat vasitəsinin sürücüsü 28 yaşlı Rəfael Fərmanov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

Trend-in məlumatına görə, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

R.Fərmanovun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti