Bakı.Trend:
Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşayan sakinlərdən biri evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələri və arxa işıqlarının sındırıldığı, həmçinin nəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salındığı barədə polisə məlumat verib.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, o, şikayətində hadisə zamanı əmlakına 11000 manat
maddi ziyan dəydiyini bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan
əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb.
Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi
məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
