...

Xaçmazın Cığatay kəndində evlərini su basan 22 nəfər təxliyə edilib (FOTO/VİDEO)

Hadisə Materials 28 Mart 2026 15:05 (UTC +04:00)
Xaçmazın Cığatay kəndində evlərini su basan 22 nəfər təxliyə edilib (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunun Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolub, insanlar köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə bildirilib ki, dərhal əraziyə nazirliyin Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti