Bakıda avtobus yanıb

Hadisə Materials 6 İyul 2026 13:19 (UTC +04:00)
Bakıda avtobus yanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verib.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Bilavasitə yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub",-deyə nazirliyin Mətbuat xidmətindən bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti