Bakı. Trend:
2 avqust 2026-cı il tarixində işğaldan azad edilmiş Xocavənd rayonu
ərazisində mina partlayışı hadisəsi baș verib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Əhədov Əhəd müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
