Bakı. Trend:
Sentybarın 2-də gecə saatlarında Goranboy rayonunun Nizami kəndi yaxınlığında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan yoxdur”, - deyə nazirliyin məlumatında qeyd edilir.