Xırdalanda güclü yanğın olub (FOTO/VİDEO)

Hadisə Materials 4 Sentyabr 2026 09:39 (UTC +04:00)
Xırdalanda güclü yanğın olub (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində dəyən ziyan və yanğının başvermə səbəbi barədə hələlik məlumat verilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti