Yasamalda su borusu partlayıb (FOTO)

Hadisə Xəbər 30 Sentyabr 2026 10:45 (UTC +04:00)
Yasamalda su borusu partlayıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yasamal rayonunun Həsən bəy Zərdabi küçəsi, 69 ünvanında su borusu partlayıb.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Görüntülərdə suyun güclü təzyiqlə ətrafa püskürdüyü və yaşayış binasının həyətinin bir hissəsində su yığıldığı görünür.

İri Şəhərlərin Su Təchizatı QSC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, həmin ünvanda su xəttində qəza baş verib.

“Məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olundu. Su axıntısının qarşısı alındı və hazırda xəttin təmiri və bərpası istiqamətində işlər görülür”, – məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti