Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)

Hadisə Xəbər 19 Oktyabr 2026 11:47 (UTC +04:00)
Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakının Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması ilə bağlı cinayət əməlində şübhəli bilinən daha bir şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fuad İbrahimovla birgə cinayətdə əlbir olan tanışı İlkin Novruzov da müəyyən edilərək saxlanılıb.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Qaradağ rayonunda baş verib. Məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti