Yevlax-Ağdam magistral avtomibil yolunun 28 km-də 3 ədəd 06 markalı "Lada" avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. Trend in bölgə müxbiri xəbər verir ki, bunlar 1970 il təvəlüdlü Məmmədov Arzuman Abbasəli oğlu, 8 yaşlı Səmədov Tural Teymur oğlu, 1983-cü il təvəllüdlü Quliyev Şaiq Zakir oğludur. Onlar hadisə yerindəcə keçiniblər.
9 nəfər isə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, yaraliların beşinə ilk tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıb. 4-ü isə xəstəxanadadır, vəziyyətləri orta ağırdır.
Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.