Azərbaycan, Qazax / Trend müxbir S.İlhamqızı/ Bakı şəhəri Yasamal rayonunda uçmuş binanın dağıntıları altında qalmış insanlarla bağlı məlumatların toplanması üçün Bakı şəhər prokurorluğunda "qaynar xətt" yaradılıb. Bu barədə Bakı şəhər prokuroru Əli Seyidov vətəndaşlara müraciət edərək məlumat verib.
O bildirib ki, vətəndaşlar həmin hadisə, həmçinin orada qalmaq ehtimalı olan şəxslərlə bağlı məlumatları 510-64-18 nömrəli "qaynar xətt" telefonuna zəng edib verə bilərlər.