...

Gəncədə yol qəzası azyaşlı uşağın ölümü ilə nəticələnib

Hadisə Materials 8 Sentyabr 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncədə baş verən yol nəqliyyat qəzası nəticəsində azyaşlı uşaq həlak olub. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, cümə günü axşam saatlarında Gəncə şəhəri Həsən Əliyev küçəsində "Nissan Marova" markalı avtomobili idarə edən Mübariz Mirzəyev piyadanı vurub. Nəticədə Gəncədə qonaq olan Gədəbəy rayonu Şınıx kənd sakini 2000-ci il təvəllüdlü Aytən İsa qızı Bağırova həlak olub.

Gəncə şəhər Polis İdarəsinin müstəntiqi İlqar Qəmbərov bildirib ki, Mirzəyev yaralını dərhal xəstəxanaya çatdırsa da, ağır kəllə beyin travması ilə daxil olmuş yaralını xilas etmək mümkün olmayıb.

Müstəntiq hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol-nəqliyyat hadisəsi zamanı ehtiyatsızlıqdan ölümə səbəb olma maddə) cinayət işinin açıldığını bildirib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti