...

Ən populyar saç düzümləri saçların tökulməsinə səbəb olur

Maraqlı Materials 16 Oktyabr 2012 12:16 (UTC +04:00)
Saçların rənglənməsi və onların hamarlanması prosedurunun saçlara ziyan vurması çoxlarına məlumdur. Lakin amerikalı dermotoloqlar saç düzümlərinin onların vəziyyətinə və baş dərisinə necə təsir göstərdiyini unutmamağa çağırırlar.
Ən populyar saç düzümləri saçların tökulməsinə səbəb olur

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Saçların rənglənməsi və onların hamarlanması prosedurunun saçlara ziyan vurması çoxlarına məlumdur. Lakin amerikalı dermotoloqlar saç düzümlərinin onların vəziyyətinə və baş dərisinə necə təsir göstərdiyini unutmamağa çağırırlar. Alimlərin fikrincə, onların arasında ən təhlükəlisi adi "at quyruğu"dur. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i "Irish Health" jurnalına istinadən xəbər verir.

Bu zaman saçlar qırılmağa və tökülməyə başlayır. Hörüklər, termobiqudi və hamarlama üçün ütülər də "qara siyahı"ya düşüblər. Texas Universitetindən doktor Jozefina Kintanilya-Daek bildirir ki, saçlar üçün vasitələr də onların strukturunu korlayır. Belə ki, onların hamısı baş dərisinin termal və kimyəvi zədələnməsinə gətirib çıxarır.

Onun sözlərinə görə, saçları yığmaqdan tamamilə imtina etmək və ya heç olmasa, öz saçlarına "istirahət günü" təyin etmək lazımdır. Ən yaxşı variant açıq saçlardır. Belə saç düzümü saç köklərinin dartılmasını azaltmağa, bununla da dazlaşma təhlükəsini aradan qaldırmağa imkan verir.

Pensilvaniya Universitetinin əməkdaşları isə hesab edirlər ki, dazlaşmaya saç düzümü yox, proteinlər səbəb olur. Belə ki, bu, ən azı bu kişilər üçün aktualdır. Mütəxəssislər D-sintaz prostaqlandin proteinindən şübhələnirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti