...

Brüsseldə illik "Avtomobilsiz gün" keçirilir

Maraqlı Materials 22 Sentyabr 2013 14:45 (UTC +04:00)
Brüsseldə Belçika paytaxtını işlənmiş qazların təsirindən azaldılması məqsədilə, bazar günü 12-ci dəfə illik "Avtomobilsiz gün" keçirilir.
Brüsseldə illik  "Avtomobilsiz gün" keçirilir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Brüsseldə Belçika paytaxtını işlənmiş qazların təsirindən azaldılması məqsədilə, bazar günü 12-ci dəfə illik "Avtomobilsiz gün" keçirilir. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Təşkilatçıların fikrincə, Belçika paytaxtında "Avtomobilsiz gün"də adi günlə müqayisədə səs-küyün fon səviyyəsi altı-səkkiz dəfə, havanın tərkibində zərərli mikroelementlərin və azot dioksidinin olması - üç-dörd dəfə azalır.

Bazar günü şəhərin mərkəzinə velosipedlə və ya ictimai nəqliyyatla gələnlərə, Brüssel hakimiyyəti əyləncə proqramları- xörəklərin dequstasiyasının, konsertlərin, ekskursiyaların keçirilməsini hazırlayıb.

Bryussel sakinlərinin əksəriyyəti "Avtomobilsiz gün"ü bayramı kimi qəbul edir və məmnuniyyətlə piyada, velosipedlə və ya diyircəkli konkilərdə gəzir.

Xəbər lenti

Xəbər lenti