...

Yaponiyada 5 milyon dollarlıq yolka satışa çıxarılıb

Maraqlı Materials 18 Noyabr 2013 12:19 (UTC +04:00)
Tokioda “Tanaka Kikinzoku” zərgərlik şirkəti dəyəri 500 milyon iyen (5 milyon ABŞ dolları) olan xalis qızıldan hazırlanmış Milad ağacını satışa çıxarıb.
Yaponiyada 5 milyon dollarlıq yolka satışa çıxarılıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Tokioda "Tanaka Kikinzoku" zərgərlik şirkəti dəyəri 500 milyon iyen (5 milyon ABŞ dolları) olan xalis qızıldan hazırlanmış Milad ağacını satışa çıxarıb. Hündürlüyü 2,4 metr olan ağacın hazırlanmasına təxminən 43 kq-a yaxın qiymətli metal sərf olunub. Trend-in məlumatına görə, bu barədə "Forbes" Yaponiya mətbuatına istinadən xəbər verir.

Ağac Mikki Mausun, onun hava şarlarında uçan dostları Minni və Donald Dakın təsvirləri ilə bəzədilib. Qızıl yolka öz alıcısını dekabrın 25-də zərgərlik şirkətinin paytaxtın Gindzao məhəlləsindəki mağazasında gözləyəcək. Orada, həmçinin qiyməti 1,62 milyon iyen (16 min dollardan artıq) olan mini-yolkalar da satılır.

Qeyd edək ki, bununla şirkət ötənilki rekordunu qırıb. Belə ki, 2012-ci ilin noyabrında şirkət dəyəri 4,2 milyon dollar olan yolkanı satışa çıxarmışdı.

Tarixdə ən bahalı Milad ağacı isə 2010-cu ildə Əbu Dabidəki (BƏƏ) dəbdəbəli "Emirates Palace" hotelində qurulmuşdu. Ağacın öz dəyəri bir neçə min dolları ötməsə də, onun üzərindəki oyuncaqların hazırlanmasına bir neçə milyon dollar vəsait sərf edilmişdi: oyuncaqların hazırlanmasında mirvaridən, qızıldan, brilyantlardan, sapfir və zümrüdlərdən istifadə olunmuşdu. Ağacdan, eyni zamanda, zinət əşyaları - saatlar, bilərziklər, boyunbağılar da asılmışdı. Nəticədə Yeni il yolkasının qiyməti 11 milyon dollar təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti