...

Braziliyada "Samsung" zavodundan 36 milyon dollarlıq oğurluq

Maraqlı Materials 8 İyul 2014 13:18
20 nəfərdən ibarət silahlı qrup “Samsung” şirkətinin Braziliyanın Kampinas şəhərində yerləşən zavodunu qarət edib.
Braziliyada "Samsung" zavodundan 36 milyon dollarlıq oğurluq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 iyul /Trend/

20 nəfərdən ibarət silahlı qrup "Samsung" şirkətinin Braziliyanın Kampinas şəhərində yerləşən zavodunu qarət edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi "Vaşinqton Post" qəzetinə istinadən xəbər yayıb.

Cinayətkarlar üç saat ərzində texnikanı binaya qabaqcadan gətirilmiş furqonlara yükləyiblər. Polisin məlumatına görə, cinayətkarlar silahlı olublar.

Yerli polisin telefonla "Vaşinqton Post" qəzetinə verdiyi məlumata görə, oğrular yeddi maşın texnika və 40 minə yaxın elektron cihaz aparıblar. Yerli KİV 36 milyon dollarlıq texnikanın oğurlandığını dəqiqləşdirib.

"Samsung" şirkətinin nümayəndələri bildiriblər: "Biz baş verən hadisə ilə bağlı çox narahatıq. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hazırda biz polislə əməkdaşlıq edirik və belə halların təkrar olunmaması üçün mümkün olan hər şeyi edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti