...

Forbes 2014-cü ilin ən çox gəlir gətirən aktyorların siyahısını açıqlayıb

Maraqlı Materials 27 Dekabr 2014 02:32 (UTC +04:00)
Bu sıyahıda 1-ci yeri 1,4 milliard dollarla Cennifer Lourens tutub
Forbes 2014-cü ilin ən çox gəlir gətirən aktyorların siyahısını açıqlayıb

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Amerikanın Forbes jurnalı Hollivudun kino studiyalarına ən çox gəlir gətirən aktyorların siyahısını açıqlayıb. Belə ki, bu sıyahıda 1-ci yeri 1,4 milliard dollarla Cennifer Lourens tutub.

Trend TASS agentliyinə istinadan məlumat verir ki, Lourens, həm də Hollivudun ən çox pul alan aktyorların siyahısında ildə 34 million dollarla 2-ci yeri tutub.

Ən çox gəlir gətirənlərin siyahısında 2-ci yeri 1,2 milliard dollarla Kris Pratt, 3-cü yeri 1,18 milliard dollarla Skarlett Yoxansson tutub.

Liderlər onluğuna Mark Uolberq, Kris Evans, Emma Stoun, Ancelina Coli, Ceyms Makevoy və hərəsi 746 million dollar gəlir gətirən Maykl Fassbender və Xyu Cekman daxil olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti